Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

“Real”dan 180 milyonluq transfer “bomba”sı

Reklam: High Technic

İspaniyanın “Real” klubu Kilian Mbappenin transferi üçün “Monako” ilə ortaq məxrəcə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “Marka” nəşri məlumat yayıb. Yayılan xəbərə görə, bu keçid üçün Madrid təmsilçisi fransızlara 180 milyon avro ödəyəcək. Tərəflər arasında 6 illik sözləşmənin imzalanması nəzərdə tutulub. 18 yaşlı futbolçu hər ilinə 7 milyon avro maaş alacaq.

Keçid rəsmiləşəcəyi halda Mbappe dünya futbol tarixinin ən bahalı transferi olacaq.

Maraq üçün bildirək ki, Kilian Mbappe “Monako”nun heyətində meydana çıxdığı 44 oyunda 26 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Yenicag.az

Loading...

www.yenicag.az

625
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100