“Real”ın bir nömrəli transfer hədəfi AÇIQLANDI

“Real”(Madrid) yay transfer pəncərəsi üçün bir nömrəli hədəfini açıqlayıb.

Yenicag.az Offsideplus.az-a istinadən xəbər verir ki, “kral klubu” Dortmund “Borussiya”sının gənc ulduzu Erlinq Braut Halanı transfer etmək üçün hərəkətə keçib. Madridlilər “Bundesliqa”da mükəmməl çıxış edən 19 yaşlı hücumçu üçün artıq “Borussiya” ilə təmasa da keçiblər. Hər iki komanda arasında Halan transferi üçün münasibətlərin qurulduğu bildirilir.

Bundan əlavə “Real” “Leyptsiq”in hücumçusu Timo Verner və İtaliya “İnter”inin forvardı Lautaro Martinezlə də yaxından maraqlanır. Ancaq “kral klubunun” bir nömrəli hədəfi məhz “Borussiya”nın norveçli hücumçusu Erlinq Halandır.