!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rebekka Koffler: “Ukrayna üçün hər hansı bir nəticə əldə etmək çətindir”

!Reklam – Yazi

“Putin Trampın təkliflərini qəbul etməyə bilər, amma onun Rusiya-Ukrayna müharibəsi məsələsinin həll olunması istiqamətində cəsarəti ABŞ prezidentini digər liderlərdən fərqləndirir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin taleyinin həll olunması üçün başladılan proseslərin perspektivləri barədə danışan beynəlxalq münasibətlər üzrə ekspert Rebeka Koffler deyib.

Onun sözlərinə görə, bir çoxu Tramp administrasiyasının Ukraynada müharibənin sona çatması ilə bağlı Avropanı danışıqlardan kənarda saxlamağı nəzərdə tutan planının Avropa İttifaqı liderləri arasında narahatlıq yaratdığını bildirir:

“Lakin, bu yanaşma münaqişəni həll etməyin yeganə yoludur. Trampın Avropanı danışıqlardan kənarlaşdırmasının əsas səbəbi NATO ölkələri arasında Ukraynanın alyansa üzvlüyü ilə bağlı razılaşmanın olmamasıdır. Bu mövzu müzakirələrə əlavə edilsə də vaxt itkisinə səbəb ola bilər. Eyni zamanda, Tramp bu danışıqlarda böyük qrup iştirakçısından qaçmağa çalışır. O, realist yanaşma nümayiş etdirərək, müharibənin gerçəkliyini işıqlandırır”.

“Müharibəni başından bəri uduzan Ukrayna üçün hər hansı bir nəticə əldə etmək çətindir. Çünki Rusiya böyük döyüş potensialına malikdir. Son olaraq, Putin Trampın təkliflərini qəbul etməyə bilər, amma onun Rusiya-Ukrayna müharibəsi məsələsinin həll olunması istiqamətində cəsarəti ABŞ prezidentini digər liderlərdən fərqləndirir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

82
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv