!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Region çətin rejim QARŞISINDA: Üç istiqamətdə hücum dalğası başlayacaq - DETALLAR

!Reklam – Yazi

“İran və onun xarici siyasətində hədə tonunu artıran müqavimət oxu İsrailə qarşı, əsasən, üç istiqamətdən hücum dalğası həyata keçirə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aqşin Kərimov deyib.

Siyasi təhlilçi HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra sözügedən posta HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın təyin edilməsi məsələsinə, habelə bölgədə gərginləşən siyasi vəziyyətə toxunub.

Onun sözlərinə görə, böyük ehtimal ki, İran İraq, Livan, Suriya ərazilərindən İsrailin hərbi gücünü yormaq üçün hava əməliyyatlarına başlaya bilər:
“İran elə hesab aparır ki, İsrailə qarşı budəfəki hücum dalğası aprel ayında olandan daha effektiv və nəticə əsaslı regional konfiqurasiya yaratsın. İsrail İran və onun müqavimət hərəkatlarının hazırladığı hücum ssenarilərinin əhatəsindədir, lakin İsrailin dövlət kimi güclü edən amil bu qədər hücumların öhdəsindən gəlməsi və kəşfiyyat gücünü böyütməsidir.
İndi HƏMAS özünə yeni lider kimi Yəhya Sinvarı seçdi. Burada məqsəd təbii ki, İsrailə qarşı kampaniyanın Qəzzada davam etdiriləcəyini göstərməkdir. Sinvar İsrailə qarşı ötən ilin oktyabrında başlanan hücum əməliyyatlarının həmmüəlliflərindən biridir və HƏMAS buradan yola çıxaraq, Təl-Əvivə qisas üçün barmaq silkələyir”.

A. Kərimovun qənaətinə görə, bütün bunlara baxmayaraq, İsrail öz kəşfiyyat imkanlarına və keçirdiyi əməliyyatların motivlərinə görə hər dəfə təəccübləndirməyi bacarır:

“Bu baxımdan, Sinvarın da həyatı təhdid və təhlükə altındadır və məqam yetişən kimi, İsrail HƏMAS liderinin öldürülməsi fürsətini əldən verməyəcək. İran nöqteyi-nəzərdən isə Sinvarın təyinatı HƏMAS daxilində İranı təhlükəsizlik çətiri kimi görən qüvvələrin davamlı yüksəlişdə olması mənasını verir. Çox güman ki, Sinvarın liderliyi altında HƏMAS-ın İran orbitinə daha dərindən enməsi prosesi sürətlənəcək.
Beləliklə, Yaxın Şərqdə münaqişələrin hərbi eskalasiya kimi böyümək riskləri çoxalır. Başqa sözlə, bu münaqişələr təkcə İran-İsrail potensial müharibə ritorikasına görə ölçülmür, həm də regionda Rusiya, ABŞ, və Çinin iştirak səviyyələri problematik vəziyyəti böyüdür”.

Siyasi şərhçinin fikrincə, Yaxın Şərq çətin seçim qarşısındadır və bu regiona daxil olan dövlətlərin münaqişələrdə iştirak edənləri hər an legitim hərbi hədəf ola bilmək təhlükəsi ilə üzləşirlər:

“Mənim proqnozuma əsasən, Livan və İraq oxundakı hərəkətlənmələr birbaşa Suriya ərazisinə təsirlərlə yadda qalacaq. İsrail bu üç ox üzrə İranın təchizat marşrutlarını qırmağa çalışır, ABŞ buna tamamilə dəstək olmasa da, o, Təl-Əvivin müttəfiqi kimi Tehranı çəkindirmək gücünü göstərir.

Suriya ərazisində nəzarət zonalarını dəyişdirmək uğrunda gedən mübarizənin bir hissəsi təbii ki, Livan, İraq kimi münaqişəli zonalara da təsirlərini göstərəcək. İranın Suriya və İraqda ABŞ qüvvələrinə qarşı keçirdiyi əməliyyatlar bu fikri gücləndirir. Türkiyəyə gəlincə, o, öz sərhədləri yaxınlığında yeni terrorçu qrupların doğuluşu riski ilə qarşılaşa bilər, PKK ilə mübarizə başa çatmamış mümkün yeni silahlı dəstələrin meydana gəlməsi Ankaraya çətinliklər yaradacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv