Kəmaləddin Heydərovun Ramiz Mehdiyevə bağışladığı villanın FOTOSU
Fövqəladə hallar naziri Kamaləddin Heydərov Qəbələdə Ramiz Mehdiyevə villa bağışlaması ilə bağlı iddialar yayılıb.
Yenicag.az xəbər verir ki, nazir bu iddiaları inkar edib.
Lakin vəkil Aslan İsmayılov nazirin inkarını çürüdüb. Belə ki, o, K. Heydıırovun R. Mehdiyevə baışladığı villanın şəklini ictimaiyyətlə bölüşüb.
“Qəbələdə villanın bağışlanmasının nə qədər dəqiq olduğunu bilmirəm. Dəqiq bildiyim odur ki, Xızı rayonunun Qızılqazma adlanan ərazisində K.Heydərov FHN generalı Cəbrayıl Xanlarov vasitəsilə bir neçə hektar torpaq sahəsi alıb, orada villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”, – vəkil yazıb.
Həmin fotonu təqdim edirik:













