DEPUTAT HİDDƏTLƏNDİ: "Rus dilində iki kəlmə bilməyənlər elit görünmək üçün..."

media-hightechnic-468x90

“Bəs nə üçün dil qaydalarını pozanlara cərimə tətbiq olunmur?”

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputat Elnarə Akimova Azərbaycan dilinin saflığının qorunması məsələsi ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan dilində elə sözlər var ki, onların işlədilməsi və istifadəsi dilin mexanizmi çərçivəsində tənzimlənməlidir:

“Misal üçün yol qaydalarını pozanlara qarşı cərimələr tətbiq olunur. Bəs nə üçün dil qaydalarını pozanlara cərimə tətbiq olunmur?

Bunun üçün mütəxəssislərə ehtiyac var. Hər icra strukturunda dil ilə bağlı mütəxəssislər olmalıdır. Onlar rayondakı adlanmalar və dil ilə bağlı olan məsələlərə nəzarət etməlidirlər. Dilimizin başına açılan oyunların qarşısını yalnız bu cür ala bilərik.

Rus dilində iki kəlimə bilməyən valideyn elit görünmək üçün övladını rus bölməsinə yerləşdirmək istəyirsə dilimizin saflığını necə qoruya bilərik? Ən aşağıdan, məişətdən başlamaq lazımdır məsələnin həllinə. İnsanların içində ana dilinə qarşı təəssübkeşlik olmalıdır.

Biz Çində səfərdə olan zaman ingilis dilini bilsələr belə mühafizəkar davranıb öz dillərində danışırdılar. Dili yaşatmaq, dilə hörmət belə olur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa