Dinozavrların cinsiyyətini müəyyən etməyin yolu tapıldı - FOTO

media-hightechnic-468x90

Belçika Kral Təbiət Elmləri İnstitutundan Dr. Filippo Bertozzo və komandası hadrozor adlı dinozavr növündə quyruq sümüklərindəki çatlaqları araşdıraraq onların cinsiyyətini müəyyənləşdirməyin mümkün ola biləcəyini aşkarlayıb.

Yenicag.az xəbər verir ki, Şimali Amerika, Avropa və Rusiyadakı muzeylərdə saxlanılan 500-ə yaxın quyruq fəqərəsinin analizinə əsasən, elm adamları bu zədələrin cütləşmə zamanı əmələ gəldiyini müəyyən edib.

Tədqiqatçılara görə, erkək hadrozorlar dişi fərdlərin quyruqlarına təzyiq göstərərkən sümüklərdə bu cür çatlaqlar yaranıb.

Dr. Bertozzo bildirib ki, bu tapıntı dinozavrların cinsiyyət fərqlərini öyrənməkdə mühüm addımdır. Lakin bəzi alimlər nəticələrin hələ qəti olmadığını və daha çox nümunənin araşdırılmasına ehtiyac olduğunu qeyd edir.

Yaponiyadan Dr. Yoşitsuqu Kobayaşi isə araşdırmanı “dinozavrların şəxsi həyatına açılan valehedici pəncərə” kimi dəyərləndirib.media-1358751-916586078

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa