Putin nüvə sınaqlarına hazırlıqla bağlı tapşırıq verdi

media-hightechnic-468x90

Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən görüşdə nüvə sınaqlarına hazırlıq işlərinə başlama ehtimalına dair tapşırıq verib.

Yenicag.az  xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Putin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını bərpa etmək niyyəti ilə bağlı açıqlaması ciddi məsələ kimi qiymətləndirilir:

“Rusiya Təhlükəsizlik Şurası Vaşinqtonun hakim dairələrində səslənən bu bəyanatları diqqətlə təhlil edib. Əgər Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsinin iştirakçı ölkələri sınaqları bərpa etmək qərarına gəlsələr, Moskva da cavab tədbirləri görmək məcburiyyətində qalacaq. Bununla belə, Rusiya həmin müqavilədən çıxmağı planlaşdırmır”./Qafqazinfo/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa