“Samsung”un “Galaxy S27″nin ilk detalları bəlli oldu
Cənubi Koreya nəhəngi “Samsung” 2027-ci ildə təqdim ediləcək “Galaxy S27” smartfonlarını bir neçə fərqli prosessor versiyası ilə bazara çıxarmağı planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə “SamMobile” nəşri məlumat yayıb.
Məlumata görə, “Galaxy S26” modelləri ABŞ, Yaponiya və Çin bazarlarında “Snapdragon 8 Elite Gen 5” çipi ilə, digər regionlarda isə “Samsung Exynos 2600” prosessoru ilə satışa çıxacaq.
Yeni sızmalara əsasən, “Galaxy S27” seriyası “Snapdragon 8 Gen 6” çipini alacaq. Bu prosessorun iki versiyası – “Standard” və “Pro” təqdim ediləcək və “Samsung”un flaqmanları “LPDDR6” operativ yaddaşını dəstəkləyən “Pro” versiyası ilə təchiz olunacaq. Bütün çiplər “TSMC”nin 2 nanometrlik texnoloji prosesi ilə istehsal ediləcək.
Şirkət həmçinin bəzi modellərdə öz istehsalı olan “Exynos” prosessorlarından da istifadə edə bilər. Ekspertlər bildirir ki, bu, cihazlar arasındakı fərqləri müəyyənləşdirməyi çətinləşdirə bilər.
Bundan əvvəl yayılan məlumatlara görə, “Galaxy S26” seriyası komponentlərin bahalaşması və çatışmazlığı səbəbindən əvvəlki modellərdən daha baha olacaq.












