Bu sözləri Ermənistan üzərindən region üçün qurulan oyunları Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Yusif Bağırzadənin sözlərinə görə, Ermənistan Qərb üçün də, Rusiya üçün də bir vasitədir. “Türkiyə Rusiya münasibətləri normallaşandan və Azərbaycanla Rusiya daha çox yaxınlaşandan sonra Ermənistan Moskva üçün o qədər də maraqlı deyil. Ermənistan Avrasiya İttifaqında, Gömrük İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yer alır.
Ermənistanın bu birlikdə olma görüntüsü Rusiya üçün lazımdır. Bunun səbəbi isə dəhlizlə bağlıdır. Ermənistanada lazımdır ki, bu birliklərdən çıxsa, hansısa birliyə yaxın olsun”, – deyə o əlavə edib.
Politoloqun sözlərinə görə, Ermənistanda olan qüvvələr çalışacaqlar ki, rəsmi İrəvanı Azərbaycan əleyhinə istifadə etsinlər. “Avropa İttifaqının aparıcı dövlətlərindən olan Fransanın Azərbaycanla münasibətləri göz önündədir. Açıq şəkildə gərginliyin olduğu görünür.
Rusiya gözəl başa düşür ki, o dəhlizə yiyələnməzsə, NATO orda oturacaq. NATO əgər dəhlizdə oturacaqsa, onu oradan çıxarmaq o qədər də asan olmayacaq. Regionda baş verən proseslər Azərbaycan Ermənistan münasibətlərindən aslıdır. Sülh müqaviləsi tez bağlansa, Türkiyənin regiona inteqrasiyası artacaq. Dəhlizin Türkiyənin nəzarətinə keçmə şansları çox böyükdür”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd