!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda gərgin VƏZİYYƏT: “Azərbaycana qarşı ciddi təhdidlər var”

!Reklam – Yazi

“Açıq görünür ki, regionda vəziyyət həddən artıq gərgindir”.

Bu sözləri regiondakı gərginlik və parlamentdə çıxışı zamanı prezident İlham Əliyevin təhlükəsizlik məsələsini ön plana çıxarmasını Yenicag.az-a dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev deyib.

E.Musayev bildirib ki, Azərbaycana qarşı ciddi təhdidlər var.

“Parlamentin açılış günü Prezident İlham Əliyev ölkənin qarşısında duran vəzifələrlə bağlı çıxış etdi. Bilindiyi kimi, ən informasiyalı şəxs və ən çox məsuliyyət daşıyan şəxs ölkə prezidentidir. Ölkənin qarşısında duran əsas vəzifələri də hamıdan yaxşı o bilir. Prezident İlham Əliyev ölkə qarşısında duran əsas 7 məsələni sadaladı. Onun birincisi təhlükəsizlik, hərbi potensialın artırılması, sərhədlərin qorunması, ərazi bütövlüyü və Şərqi Zəngəzur və Qarabağda məskunlaşma ilə bağlı məsələlər idi. Bunlardan sonra, beşinci sırada iqtisadi məsələlər gəlirdi”, – deyə o əlavə edib.

Deputatın sözlərinə görə, sərhədlərin açılmaması ilə bağlı prezident açıq dedi ki, sərhədlərin bağlı qalması ölkəni böyük fəlakətlərdən xilas edib.

“Açıq-aydın görünür ki, regionda vəziyyət həddən artıq gərgindir. Prezident də açıq şəkildə qeyd etdi ki, Ermənistana silahlar verilir və onlar da Azərbaycanın qanunu hədəfidir. Hərbi gücün artırılması, xüsusi təyinatlıların, yeni komando birliklərinin sayının artırılması ilə bağlı işlər görüldüyünü dedi. Eyni zamanda, hərbi sənaye potensialının artırılması ilə bağlı prezident çox ciddi mesajlar verdi.

Ölkənin qarşısında duran məsələləri çılpaqlığı ilə göstərdi.

Hesab edirəm ki, hamı bundan dərs götürməlidir”, – deyə o qeyd edib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv