!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regionda gərginlik son HƏDDƏ: “İran-İsrail toqquşması Azərbaycana təsirsiz ötüşməyəcək”

!Reklam – Yazi

 

“İranla İsrail arasında müharibə baş verərsə, bu regionumuzda gərginliyi daha da artıracaq”.

Bu fikri Yenicag.az-a açıqlamasında İsrail İran toqquşması baş verərsə bunun regionumuza təsirini dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

Elşad Musayevin sözlərinə görə, İran-İsrail toqquşması Azərbaycana təsirsiz ötüşməyəcək.

“İranla İsrail arasındakı toqquşma regionumuza yaxşı heç nə vəd etmir. İranda 40 milyon soydaşımız var. Toqquşma olacaqsa, onlar harasa çıxmaq məcburiyyətində qalacaqlar. Bu isə qaçqın axını deməkdir. Müharibəni alovlanması, eyni zamanda, bizim regionda müharibənin yaranmasına gətirib çıxara bilər. Bu bölgədə müharibə olacaqsa, digər ölkələrin də qarışma ehtimalı var. Ona görə də, müsbət heç nə gözləmək olmaz”, – deyə o qeyd edib.

Partiya sədri əlavə edib ki, bizim üçün bölgədə sabitliyin olması vacibdir:
“Çünki Ermənistanı da silahlandırırlar. Regionumuzda müharibə istəyən qüvvələr var. İran-İsrail toqquşması regionumuza ağır fəsadlar verə bilər. İsrail-Azərbaycan münasibətlərini bəhanə edib, Azərbaycana təzyiqlər də edə bilərlər. Ona görə də, bu müharibənin olması arzuolunan deyil”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv