Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəqqasə Fatimə ACIQ VERDİ: “Bəzi arvadlar kimi ərimi saxlamıram”

Rəqqasə Fatimə əziyyətlə pul qazanmasından danışıb.

Yeniçağ.az-a açıqlama verən rəqqasə həyat yoldaşından çox pul qazandığını, amma bunu heç vaxt onun üzünə vurmadığını da etiraf edib:

“İş xanımıyam, biznesim var, çoxları deyir ki, yəqin Fatiməni kimsə saxlayır, bizneslə məşğul olması üçün yer də alıb verib. Daha demirlər ki, balaca canıyla Fatimə özü-özünə iş qurub. Gecə-gündüz əziyyət çəkib, zülümlə pul qazanmışam. Həyat yoldaşım dövlətin məvacibinə baxır, mən isə iş qadını olduğum üçün daha çox pul qazanıram. Amma nolsun, bunu üzünə vurmuram. Əl-ələ verib, bir-birimizə dəstək oluruq. Elə qadınlar var ki, ərlərinə pul xərcləyir. Yaxşı ki bəzi arvadlar kimi ərimi saxlamıram”.

Qeyd edək ki, Fatimə ikinci dəfə ailə qurub. İkinci evliliyindən bir oğlu da var.

 


Cəvahir Səlimqızı

Yeniçağ.az

www.yenicag.az

659