Rəqsanə Zaurdan NİYƏ İNCİDİ? - “O söz mənə pis təsir etdi”

media-hightechnic-468x90

“Onun o sözü məni çox incitdi. Desən ki, “dostumdur”, nə olacaqdı ki…” 

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “Tarixin bir günü” verilişində deyib.

O, aparıcı Zaur Baxşəliyevdən incidiyini dilə gətirib:

“Mən bütün verilişləri də izləyirdim. Heç kimdən küsmürəm, məni istəyən də sağ olsun, istəməyən də… Bir aparıcı dostumdan çox incidim. Xətrini də çox istəyirəm, çox yaxın da olmuşuq. Ya denən “təbrik edirəm, lap yaxşı”, amma “biz onunla yaxın deyilik”  nə deməkdir? O sözü başa düşmədik. Axı sən dəfələrlə mənim evimdə də olmusan. Zaur Baxşəliyevlə, həqiqətən də, 20 ildən çoxdur, münasibətimiz var. Sənin istəyinlə verilişində nə qədər insana yardım da etmişəm. Onun o sözü məni incitdi. Çox təsir etdi. Desən ki “dostumdur”, nə olacaqdı ki…”

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa