Rəşad Cəlillə bacarmadı – “Söz oyununda” QALİB BİLİNDİ – VİDEO
ATV-nin “Kəlmə-Kəlməyə” meyxana şousu bu həftə də bir söz ustadı ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, ev sahibi kimi çıxış edən meyxanaçı Cəlil Əliyev, doğma meydanda rəqibi Rəşad Həkimini məğlub edərək növbəti mərhələyə yüksəlib.
Belə ki, söz ustadları açılan qafiyələrdə öz bacarıqlarını maksimum ortaya qomağa çalışıblar. Həm söz, həm də səs vermədə qalib gələn Cəlil Əliyev “Meyxananın Çempionlar Liqası”nda ¼ mərhələyə yüksələrək Şəhriyar Hacıyevə rəqib olub.












