Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin doğum günü – 60 illik yubileyidir.
Rəşad müəllim bacarıqlı rəhbər, fəaliyyəti ilə Mətbuat Şurasının sədri missiyasının haqqını layiqincə verən, dövlətə və xalqa xidmət amalına köklənmiş söz, düşüncə və ruh adamı, dəyərli ziyalıdır.
Arzu edirik ki, 60 illik yubileyin gətirdiyi qürur və ruhyüksəkliyi, o cümlədən Azərbaycan Prezidentinin 20 avqust 2024-cü il tarixli Sərəncamı ilə təltif olunduğu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninin sevinci onu daha böyük uğurlara daşısın, yaradıcılıq yolları daim həyat dolu, yüksək şövqlü yaşantılarla zəngin olsun.
Yeniçağ Media Group kollektivi olaraq bu əlamətdar gün münasibəti ilə onu təbrik edir, möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.
www.yenicag.az