Rəşad Sadıqovlu millimizi 99-cu dəqiqədə üzdülər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komandamız bu dəfə səfərdə İrlandiya ilə qarşılaşıb.

Qeyd edək ki, bu, Rəşad Sadıqovun rəhbərliyi ilə millimizin ikinci oyunu idi. Komandamız bundan əvvəl səfərdə Kosovoya 0:2 hesabı ilə uduzmuşdu. Bütövlükdə isə komandamız qrupda keçirdiyi 6 oyunda qələbəyə həsrət idi. Beş oyunda məğlub olan millimizin hesabında cəmi 1 heç-heçə var idi.

Bakıda 1:3 hesabıyla uduzduğumuz İrlandiya ilə səfər oyunu da millimiz üçün uğursuz başa çatıb. Millimiz meydanı qolsuz heç-heçə ilə tərk etməyə çox yaxın olduğu halda, 90+9-cu dəqiqədə buraxdığı yeganə qolla məğlub olub.

AÇ-nin seçmə mərhələsi
5-ci qrup
27 mart

İrlandiya – Azərbaycan 1:0
Qol: R.Suini, 90+9.
Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya).
Dublin. Talla stadionu.

COP29