Azərbaycanın güləş millisi baş məşqçisi ilə yollarını ayırdı

media-hightechnic-468x90

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi baş məşqçi Aleksandr Tarakanovla yollarını ayırıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Yenicag.az-a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa