Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəşad Süleymanov: “Heç bir millət vəkilinə ehtiyac yoxdur ki, su, elektrik və ya qaz xətti çəksin” - FOTO

51 saylı Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Süleymanov millət vəkillərinin səlahiyyətləri, onların seçicilər qarşısında öhdəlikləri və fəaliyyət sahələri barədə danışıb.

Namizəd bundan əvvəl də çıxışlarında zaman-zaman bəzi namizədlərin seçicilər qarşısında öz səlahiyyətlərində olmayan məsələlər barədə vədlər verdiklərini xatırladıb. Bildirib ki, bəzi hallarda namizədlər xüsusilə sosial problemlərin həlli, qaz-işıq məsələləri, yolların çəkilməsi və həmçinin, məşğulluqla bağlı vədlər verirlər. Lakin deputat seçildikdən sonra bu vədlərlə bağlı heç bir addım atmırlar, çünki bu işlər deputatın fəaliyyət sahəsinə daxil deyil.

“Azərbaycan artıq 90-cı illərdəki kimi deyil. Ölkəmiz güclü və qüdrətli dövlətə çevrilib. Heç bir namizəd və ya millət vəkilinə ehtiyac yoxdur ki, su, elektrik və ya qaz xətti çəksin. Çünki Ulu öndər Heydər Əliyevin siyasəti və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün islahatları nəticəsində bütün sahələrdə modernləşmə gedir və su, qaz və işıqla bağlı məsələlər də öz həllini tapır. Millət vəkilləri isə bu islahat və proseslər zamanı daha aktual vəziyyətdə olan məsələləri qabardaraq sürətli həll yolu təklifi irəli sürə bilərlər”.

R.Süleymanov deyib ki, deputatlığa namizəd olan şəxslər seçicilərə real və öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı vəd verməli və deputat seçildikdən sonra da o istiqamətdə çalışmalıdır:

“Amma görürük ki, bir sıra namizədlərə seçicilər ötən seçkilərdə verdikləri vədlərin yerinə yetirilməməsi ilə bağlı iradlar səsləndirir. Bu da ümumulikdə xoş olmayan mənzərə yaradır. Deputatların səlahiyyət sahələri qanunvericilikdə də konkret olaraq öz əksini tapıb.

Millət vəkili respublikanın qanunlarının formalaşmasında, dövlətin və əhalinin maraqlarına uyğun qərarların qəbulunda iştirak edən, təmsil etdiyi dairə ilə bağlı məsələləri müvafiq tribunalarda qaldıran şəxsdir”.

R.Süleymanov son illər Azərbaycanda həyata keçirilən islahatların, struktur dəyişikliklərinin əhalinin həyat şəraitinin daha da yaxşılaşmasına yönəldiyini vurğulayıb:

“Bu gün bütün sosial məsələlər Cənab Prezidentin diqqət mərkəzindədir. Bu istiqamətdə son müddət ərzində dövlət rəhbərliyi tərəfindən onlarla qərarlar qəbul olunub və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bunun tərkib hissələrindən biridir. Mən əminəm ki, bütün bu proseslər ölkəmizi daha da çiçəkləndirməyə doğru aparacaq!”

www.yenicag.az

212