Rəsmi Tehran Livandakı hadisəni “İsrailin terror aktı” adlandırdı

media-hightechnic-468x90

Rəsmi Tehran Livanda mobil rabitə cihazlarının partladılmasını “İsrailin terror aktı” kimi dəyərləndirib.

Yenicag.az xəbər verir ki, İranın xarici işlər naziri Seyid Abbas Araqçı livanlı həmkarı Abdallah Buhabib ilə telefon danışığı aparıb.

Araqçı hadisə nəticəsində yaralananların müalicəsi ilə bağlı Tehranın hər cür dəstək verməyə hazır olduğunu bildirib. O həmçinin kiberhücumda yaralanan İran səfirinin vəziyyəti barədə livanlı həmkarından məlumat alıb.

Araqçı hadisəni “siyonist rejimin Livan vətəndaşlarına qarşı həyata keçirdiyi terror aktı” olduğunu vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600