!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Tehrandan Bakının etiraz notasına REAKSİYA

!Reklam – Yazi

Rəsmi Tehran İranın Bakıdakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət edilməsi və ona rəsmi etiraz notasının verilməsi ilə bağlı məlumatı təsdiqləyib. 

Yenicag.az xəbər verir ki, bu barədə İran KİV yazıb.

Azərbaycanın diplomatik etirazına səbəb İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısısına qarşı səsləndirilən təhqiramiz ifadələri olub.

“İranın siyasəti qonşu dövlətlərlə, xüsusən də Azərbaycanla münasibətləri inkişaf etdirməyə yönəlib. Azərbaycan Xarici İşlər Nazirliyinin şikayəti ölkənin şimal-qərbində yerləşən şəhərlərdən birində bir şəxsin verdiyi yersiz və düşünülməmiş bəyanatlarla bağlı olub”, – İran Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə baş direktoru Müctəba Dəmirçili deyib.

İranlı diplomatın sözlərinə görə, belə bəyanatların İranın rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur./unikal

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv