!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəssamlıq Akademiyasının yeni rektoru kimdir? - DOSYE

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Natiq Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin olunub.

Yenicag.az-ın məlumatına görə, Natiq Əliyev 1958-ci ildə Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib.

N.Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyev (2004), Belqrad (2011), Tiflis (2007), Həştərxan (2010) şəhərlərində ucaldılmış abidələrinin, Xocalı soyqırımı qurbanlarının xatirəsinə Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014) şəhərlərində ucaldılmış abidələrin və bir çox digər əsərlərin müəllifidir. O, Azərbaycan Respublikasının xalq rəssamı və Rusiya rəssamlıq akademiyasının fəxri üzvüdür.  2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Heykəltəraşın yaratdığı əsərlər içərisində Şamaxı torpağının bəxş etdiyi dühalar da böyük yer tutur. Memar Zivər bəy Əhmədbəyovun (Bakı, 2011) abidəsi, Fələki Şirvani, Əfzələddin Xaqani, İzəddin Şirvani, İmadəddin Nəsimi, Şirvanşah I İbrahim, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Sultanməcid Qənizadə, Mirzə Məhəmmədhəsənin Şamaxı şəhərində ucaldılmış büstləri N.Əliyevin əsərləridir.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv