!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rəsul Quliyev prezident seçkilərinə buraxılmayacaq” – Keçmiş səfir

!Reklam – Yazi

“Müxalifət daxilində hələ ki “Mən də varam” söhbəti gedir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında müxalifətin gələn il keçiriləcək prezident seçkilərində iştirakını dəyərləndirən Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə səsləndirib.

Növbəti prezident seçkilərinə 1 il qalmış müxalifətdəki bəzi partiyaların təmsilçiləri öz iddialarını cəmiyyətə açıqlayıblar.

20 ildir ki, ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev, Müsavat lideri İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev prezident seçkilərində iştirak niyyətlərini bəyan ediblər.

Bu iddialıların sırasını isə 2007-ci ildə həbsdən buraxıldıqdan sonra Almaniyada yaşayan keçmiş deputat Hüseyn Abdullayev tamamlayır. Hər halda, qarşıdakı aylarda müxalifət daxilindən yeni namizədlərin də dövrəyə girəcəyi gözlənilir.

Adları çəkilən siyasətçilərin prezident seçkilərində iştirak niyyətini Yenicag.az-a dəyərləndirən Hikmət Hacızadə bildirib ki, indiki halda bu bəyanatlar daha çox “mən də varam” prinsipindən qaynaqlanır:

“Təəssüf ki, Azərbaycanda seçki anlayışının nədən ibarət olduğunu hamı bilir. Digər tərəfdən, gələn il seçki keçiriləcək, ya yox, bu da hələ qeyri-müəyyəndir.

İddiasını açıqlayan şəxslər arasında elələri var ki, onların seçkidə iştirakı mümkün olmayacaq. Məsələn, xaricdə olan Rəsul Quliyev, Hüseyn Abdullayev… Onlar seçkiyə buraxılmayacaq.

O baxımdan, müxalifət daxilində seçkidə iştirakla bağlı hələ ki “Mən də varam” söhbəti gedir. Həmin müxalifətçi şəxslərin arasında real namizəd kimi İsa Qəmbəri qeyd edə bilərəm – təbii ki, seçki olsa…

Parçalanmaya gəldikdə isə yaxın keçmiş də göstərir ki, müxalifət daxilindəki didişmələrə baxmayaraq, seçki yaxınlaşanda birləşmək mümkün olur. Bu, həm parlament, həm də prezident seçkilərinə aiddir. Görək, indi necə olacaq… Əsas normal seçkinin keçirilməsidir”.

A. Zeynalov

www.yenicag.az

3300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv