!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsulzadəyə bənzə(dil)mək - Araz Zeynalov yazır

!Reklam – Yazi

Azərbaycan cəmiyyətinin Milli lider Məhəmməd Əmin Rəsulzadəyə sayğısı sonsuz, münasibəti birmənalıdır. Millətin Rəsulzadəyə rəğbətini nə 70 illik Sovet rejimi sarsıda bildi, nə də müstəqilliyin bərpasından sonra yüksək məqamlar əldə edən başabəla “ideoloqlar”…

Amma o böyük insanın adı ətrafında yaramaz spekulyasiyalar 100 ildir, səngimir. Ateistlə mollanın Allahın varlığı ilə bağlı mübahisəsinə dair lətifələşmiş söhbətini çoxları bilir. Söhbətin yekununda ateist mollaya deyir ki, ikimizin də çörəyimiz Allahdan çıxır, birimiz onun varlığını inkar, digərimiz isə təsdiq edir…

Son günlərdə ictimailəşən bir məsələ böyük Rəsulzadənin adının siyasi planda da bəziləri üçün “çörək ağaçı”na çevrildiyini göstərdi. Milli Şuranın karantin dövründə keçirilən videokonfranslarından müəyyən epizodlar ictimailəşib. Həmin toplantılarda edilən qeybətləri, 18+ məzmunlu müzakirələri çoxları izləyib. Ərinməyənlər orada səslənən fikirlərə reaksiya da veriblər.

Yəni iddiası yerə-göyə sığmayan Milli Şuranın “elit nüvə”sini təşkil edənlər istər siyasi, istərsə də mədəni səviyyəsizliklərini ortaya qoydular. Amma bu da qeybətçi dəstənin publikanı təəccübləndirəcək yeganə “bacarığı” deyilmiş… Milli Şuranın videokonfransından sosial şəbəkələrə sızdırılan yeni kadrlarda müzakirələrin istiqamətinin nisbətən dəyişdiyi görülür.

Toplantıda Xalq Cəbhəsi Partiyası (AXCP) təmsilçisinin (həm də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvüdür) lideri Əli Kərimlini nə az, nə çox “zəmanəmizin Rəsulzadəsi” adlandırması müzakirə olunub. Doğrudur, bu barədə fikir bildirənlər o iddianın müəllifini “quru yuyub, yaş sərsələr” də, adam yenə dediyini deyib. İki ayağını bir başmağa dirəyib ki, yox e, Kərimli elə “zəmanəmizin Rəsulzadəsidir” ki var. Bununla yetinməyib və daha irəli gedərək, onu qınayanların da eyni fikrə gələcəklərini falçı müdrikliyi ilə müjdələyib.

Nə deyəsən, adamın təfəkkürü budur. Şüuru “dezinfeksiya” edəcək maddə isə hələ kəşf olunmayıb. Bu gedişlə, cəbhəçilər sabah Kərimlini dünyanın gözlədiyi “Mehdi Sahib-əz-Zaman” adlandırsalar, heç təəccüblənməyin. Yoluxucu xəstəlik “Qrad” yaylım atəşi sistemi deyil ki, mərmiləri “şahmat prinsipi” ilə atılsın…

Yaxşı, cəbhəçilərin Kərimli üçün bu qədər titul, status fikirləşmələrini haradasa, başa düşmək olar. Liderlərini böyük görmək istədikləri üçün fantaziyalarını boş buraxıblar. Danışsınlar da… Pandemiyanın yaratdığı gərginlikdə müzakirələr bir az da komik məzmun alsın… Nə ziyanı var?

Bəs Kərimlinin özü? Neçə gündür, bu məsələ mediada müzakirə olunur, sosial şəbəkələrdə saysız-hesabsız statuslar paylaşılır… Marağı və imkanı olanlar öz fikirlərini bildirirlər. Yəni Kərimlidən başqa hamı danışır… Əslində, isə onu böyük Rəsulzadəyə bənzətməklə, “barıt”ın ölçüsünü itirmiş cəbhəçiyə ilk cavabı Kərimlinin özü verməliydi.

Ancaq göründüyü qədər, Kərimli israrla susur. Niyə? Bir çəbhəçi tərəfindən Rəsulzadəyə bənzədilmək Kərimlini bu qədərmi xoşbəxt edib? Belə deyilsə, bu rəzalətə niyə səsini çıxarmır? Bəlkə bu tezisin müəllifi elə onun özüdür? Kərimlinin sükutu bu versiyanı tam ciddiyə almaq üçün yetərlidir.

Anlaşılan, maniyanın bu qədəri! O zaman Kərimli aynanın qarşısından heç, amma heç çəkilməsin…

www.yenicag.az

2798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv