!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Reyd: 35 sürücü cərimələndi - FOTO

!Reklam – Yazi

Qax rayonunda “Təmiz Hava” aylığı çərçivəsində nəqliyyat vasitələrinə qarşı növbəti reyd keçirilib.

Yenicag.az xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis böləməsinin keçirdiyi yoxlamalar zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Reydin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə cərimə protokolu yazılıb.

Verilən məlumata görə,”Təmiz Hava”aylığı çərçivəsində 110 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 35 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib./Report/

www.yenicag.az

27291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv