Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rezidenturaya qəbul - Plan yerlərinin sayı 471-ə çatdırıldı

Rezidenturaya qəbul üzrə plan yerlərinin sayı 471-ə çatdırılıb.

Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə 2018/2019-cu tədris ilində rezidenturaya dövlət sifarişi əsasında qəbul üzrə 332 plan yeri təsdiq edilib.

Eyni zamanda, Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun qəbul planlarına 139 plan yerinin əlavə edilməsi barədə qərar qəbul edilib. Rezidenturada təhsil almaq istəyən şəxslərin müraciətlərini, eləcə də klinik bazaların imkanlarını nəzərə almaqla əlavə edilmiş plan yerlərindən 39 yer dövlət sifarişi əsasında, 100 yer ödənişli əsaslarla təhsil üzrə plan yerləridir. Beləliklə, rezidenturaya qəbul üzrə plan yerlərinin sayı cəmi 471-ə çatdırılıb.

Ödənişli plan yerləri Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq müəyyən edilib. Belə ki, Qaydaların 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları üçün rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. İllik təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2018-ci il tarixli 596s nömrəli sərəncamına uyğun olaraq 4000 manat məbləğində müəyyən edilib. Klinik baza ilə razılaşdırılmış qaydada təhsil haqqı rezidentlər tərəfindən klinik bazanın hesabına köçürüləcək. Eyni zamanda Qaydaların 5.8-ci bəndinə əsasən rezidenturada təhsil dövründə rezidentlərə ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

Rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətinin 3 il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirilməsi barədə Qaydalarda müəyyən edilmiş müddəa dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslərə şamil olunur.

Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalar”nın 5.8-ci bəndinə əsasən dövlət sifarişi çərçivəsində təhsil almaq hüququ qazanmış təhsilalan bu hüquqdan imtina edərsə və ya bu hüquqdan məhrum edilərsə, onda həmin təhsilalan üçün nəzərdə tutulmuş istifadə olunmamış vəsait tədris ilinin yekununa görə ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə ödənişli əsaslarla təhsilalana təklif olunur.

www.yenicag.az

198
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS