Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəzil “Şortik olayı”na REAKSİYA: “Bloqer BDYPİ-ni məhkəməyə verə bilər”

“Elə bir dövrdə yaşayırıq ki, insanlar öz geyimləri ilə istənilən yerdə sərbəst hərəkət edə bilərlər”.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına daxil olmaq istəyən bloqer, jurnalist Fərid Pərdəşünasın “şortik” geyinməsi əsas göstərilərək, imtahana buraxılmaması geniş müzakirələrə səbəb olub.

Belə ki, Fərid Pərdəşünas BDYPİ-nin qeydiyyat və imtahan binasına daxil olmaq istəyərkən, girişdə dayanan polisin qadağası ilə üzləşib. Polislər bloqerə “ana, bacı var” “arqument”i gətirərək, onun içəri buraxmayıblar.

Günün mövzusuna çevrilən bu olayı Yenicag.az-a şərh edən nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, polislərin geydiyi “şortik”ə görə bloqerə qarşı bu yanaşması ciddi qanun pozuntusudur və Pərdəşünas buna görə məhkəməyə müraciət edə bilər:

“Ölkədə bütün məsələlər istisnasız olaraq, qanunlarla tənzimlənməli və hər yerdə qanunun aliliyi təmin edilməlidir. Artıq elə bir dövrdə yaşayırıq ki, insanlar öz geyimləri ilə istənilən yerdə sərbəst hərəkət edə bilərlər. Hətta dünyanın elə ölkələri var ki, müstəqil şəxslər Prezident sarayı və parlament binasına da “şortik”lə daxil ola bilirlər, onlara heç bir maneə yaradılmır.

Azərbaycanda isə BDYPİ-nin binasında məhz imtahan prosesində məlum hadisənin yaşanması bu qurumun əməkdaşları tərəfindən yol verilən qayda pozuntusudur. Azərbaycan gəncinin inzibati binaya daxil olarkən geyim forması ilə bağlı hüquqi məhdudiyyət yoxdursa, bu halda DYP məmurunun özbaşınalığına görə bloqerin hüququnun pozulması məhkəməyə müraciət üçün əsas yaradır. BDYPİ-də baş verən bu özbaşınalıq həmin qurumun əməkdaşlarının ölkə qanunlarına sayğısızlığından irəli gəlir”.

Gülşən Şərif

www.yenicag.az

6336
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100