!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rizvan Nəbiyev BPDK iclasında iştirak etdi

!Reklam – Yazi

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2024-cü il 4-7 noyabr tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən təşkilatın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin iclasında iştirak edib.

Komitə iclasının açılış mərasimində Qətər Dövlətinin Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, Asiya Parlament Assambleyasının Prezidentinin təmsilçisi olaraq Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, APA-nın baş katibi Mohammad Reza Majidi, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini Boris Çernışov çıxış edib.

Komitə iclasında APA Büdcəsinin Planlaşdırılması haqqında qətnamə layihəsi müzakirə olunub.

Komitə iclası çərçivəsində Asiya Parlament Assambleyasının Büro iclası keçirilmişdir. Tədbirdə Azərbaycan, Rusiya, Qətər, Bəhreyn və İraqın nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. İclasda təşkilatın fəaliyyəti ilə bağlı aktual məsələlər müzakirə olunub.

Rizvan Nəbiyev açılış sessiyasındakı çıxışında Asiya dövlətləri arasında parlamentlərarası əlaqələrin çoxtərəfli, eləcə də ikitərəfli formatda inkişafı prosesində Asiya Parlament Assambleyasının rolunu qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Asiya dövlətləri arasında ticarət, innovasiya, elmi nailiyyətlər mübadiləsi və kapital qoyuluşu vasitəsi ilə həyata keçirilən əlaqələrin inkişafına uyğun olaraq regionunun gücünün və səsinin qlobal miqyasda daha da artacağı barədə fikir bildirib.

Çıxışda Asiya regionunda mövcud olan inkişaf və nailiyyətlərlə yanaşı, humanitar böhran, silahlı münaqişələr, iqlim dəyişikliyinin artan təsirləri və digər problemlər və çağırışların da gündəmdə olduğu vurğulanıb.

Rizvan Nabiyev gələn həftə Bakıda keçiriləcək COP 29 konfransı, Azərbaycanın 14 təşəbbüsünün yer aldığı Fəaliyyət Planı, COP Atəşkəsi Təşəbbüsü barədə ətraflı məlumat verib. O, ətraf mühitə vurulan zərər kontekstində mina təhlükəsi probleminə toxunaraq Ermənistanın 30 illik işğalının nəticəsi olaraq Azərbaycanın 12% ərazisinin 1,5 milyon mina və partlamamış digər hərbi sursatla çirkləndirildiyini bildirib.

Xatırladaq ki, Azərbaycan hazırda Asiya Parlament Assambleyasına sədrlik edir. 2006-cı ildə əsası qoyulan təşkilatın hazırda 43 üzvü var.

COP29

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv