"Roblox" təhlükəsi MİLLİ MƏCLİSDƏ: Uşaqlar üçün internet qadağası gəlir?

media-hightechnic-468x90

“İnternetdən nəzarətsiz və məqsədsiz istifadə uşaqlar üçün ciddi problemlərə və təhlükələrə yol açır”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

media-c3443361159679481867425841910506603

O, yeniyetmələrin və kiçik yaşlıların sosial media və internetə çıxışını qadağan edən qanunun ölkəmizdə tətbiqinin necə effekt verə biləcəyindən danışıb.

Deputat bildirib ki, komitə iclasında çox geniş müzakirələr aparıldı.

“İnsan hüquqları üzrə müvəkkil Ombudsman Aparatının, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxslərinin birbaşa iştirakı ilə qanun layihəsi ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Qanuna təklif edilən yeni müddəalar hərtərəfli müzakirə olundu.

Eyni zamanda, bu gün uşaqlarımızın tam inkişafına, əqli, psixoloji və fiziki baxımdan sağlam, layiqli vətəndaş kimi yetişməsinə internet amilinin mənfi təsirləri barədə geniş müzakirələr aparıldı. İnternetdən nəzarətsiz və məqsədsiz istifadənin uşaqlar üçün ciddi problemlərə və təhlükələrə yol açdığı vurğulandı. Demək olar ki, bütün deputatların çıxışlarında bu məsələyə toxunuldu.

Xüsusilə Ombudsman tərəfindən “Roblox” oyunu ilə bağlı xüsusi fikirlər səsləndirildi. Qeyd olundu ki, biz ilk növbədə uşaqlarımızın gələcəyini düşünürük və onların sağlam böyüməsini istəyirik. Təkcə fiziki deyil, eyni zamanda əqli və psixi baxımdan da. Uşaqların yad təsirlərə və zərərli ünsürlərə məruz qalmaması, müxtəlif təsirlər altında olmaması əsas məqsədlərimizdəndir.

Uşaqlar hər birimizin qəlbinin döyünən nöqtəsidir. Biz onlarla nəfəs alırıq. Bu baxımdan həm öz övladlarımıza, həm də ətrafımızdakı bütün uşaqlara, ümumilikdə dünya uşaqlarına yalnız sabitlik, əmin-amanlıq, sülh, rahatlıq və xoşbəxtlik arzulayırıq”, – deyə o bildirib.

Xatırladaq ki, Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) 15 yaşdan kiçik yeniyetmələrin sosial mediaya çıxışını qadağan edən qanun layihəsini təsdiqləyib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa