Roma Papası seksi İlahi zövq adlandırdı

media-hightechnic-468x90

Roma Papası Fransisk insanın sevdiyi şəxs ilə cinsi münasibətdən və dadlı yeməkdən aldığı həzzi ilahi zövq adlandırıb.

Yenicag.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə Papa Fransiskin kəlamları olan “TerraFutura” kitabında yazılıb.

“Zövq birbaşa Tanrıdan gəlir. O, nə katolikə, nə xristiana, nə də bir başqasına aid deyil, o, sadəcə olaraq İlahidir”, – Roma Papası qeyd edib.

Papa hesab edir ki, hissləri inkar edən “şişirdilmiş əxlaq” xristianlıq mesajlarını yanlış şərh etməkdir.

Katolik Kilsəsinin rəhbəri vurğulayıb ki, yemək ləzzəti insanın sağlam olmasına xidmət edir, cinsi ləzzət isə sevgini daha da gözəlləşdirir və insan nəslinin davamına xidmət edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600