Ronaldodan suriyalı uşaqlara mesaj: ” Mən məşhur futbolçuyam, siz isə əsl qəhrəmansız”

media-hightechnic-468x90

hqdefault“Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo suriyalı uşaqlara müraciət edib.

Yeniçağ.Az-ın xəbərinə görə, “Save the Children” (Uşaqları qoruyaq) adlı beynəlxalq təşkilatının təşəbbüsü ilə edilən bu videomüraciətdə deyilir:

“Bu müraciəti Suriyadan olan uşaqlara ünvanlayıram. Bilirəm ki, siz indi çox əzab çəkirsiniz. Mən məşhur futbolçuyam, siz isə əsl qəhrəmansız. Ümidinizi itirməyin, dünya sizinlədir. Biz sizi düşünürük. Mən sizinləyəm”.

“Save the Children” təşkilatı bəyan edib ki, Ronaldo Aleppo və Suriyanın digər şəhərlərindən olan uşaqlar üçün yaxşı səviyyədə maddi yardım edib. Bu yardımla onlara geyim, ərzaq və tibbi ləvazimat alınacaq.

https://youtu.be/oo7WA9OUvPw

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600