Ruben Vardanyan Rusiyadakı avtomobil biznesini satdı
Hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan Rusiyadakı avtomobil sektorundakı fəaliyyətinə son qoyub.
Yenicag.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Qəzet yaxır ki, o, “Atom” adlı elektromobil layihəsindəki payını sataraq layihədən tam çıxıb. Bildirilir ki, Vardanyana məxsus olan “Vosxod” MMC-dəki 25 faiz pay şirkətin özünə keçib. Hazırda “Vosxod”un digər iki sahibi “KamAZ”ın baş direktoru Sergey Kogogin (37,5%) və “Spektr” MMC (37,5%) qalır.
Qeyd olunur ki, Vardanyan 2024-cü ilin payızında “KamAZ” şirkətinin də həmtəsisçisi statusunu itirib. Mütəxəssislər hesab edir ki, onun biznesdən çıxması mövcud çətin vəziyyəti ilə bağlıdır./unikal