Rubinyan: Hakim partiya parlament seçkilərində səs çoxluğu əldə etmək niyyətindədir

media-hightechnic-468x90

Ermənistanın hakim “Mülki müqavilə” partiyası 2026-cı il iyunun 7-nə planlaşdırılan parlament seçkilərinin yekunlarına əsasən parlamentdə konstitusion çoxluq əldə etmək niyyətindədir.

media-banner_tkm

Yenicag.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu parlamentin sədr müavini Ruben Rubinyan bildirib.

“Biz 2026-cı il seçkilərinin yekunlarına əsasən konstitusion çoxluq əldə etməyə çalışırıq. Həmçinin güman edirik ki, Robert Köçəryan (keçmiş prezident – red.) və iki oliqarx (Qaqik Tsarukyan və Samvel Karapetyan – red.), ümumiyyətlə, bütün oliqarxlar siyasi sahədən, parlamentdən kənarlaşdırılmalıdır”, – o deyib.

Onun sözlərinə görə, Tsarukyan öz partiyası vasitəsilə siyasətə təsir etmək istəyən biznesmendir, Karapetyan isə partiya yaradan və Ermənistandakı siyasi vəziyyətə təsir etməyə çalışan rusiyalı biznesmendir.

“Mən digər qüvvələrin (parlamentdə – red.) səs toplamasına qarşı deyiləm, lakin Köçəryan və iki oliqarxın səs toplamasını istəmirəm”, – o bildirib.

Rubinyanın sözlərinə görə, “Mülki müqavilə”nin reytinqi Ermənistandakı hər hansı müxalif qüvvənin reytinqindən bir neçə dəfə yüksəkdir./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05