!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Rüfət məni toya aparmır" deyən Yaşar Nurinin qızına müğənnidən CAVAB

!Reklam – Yazi

Müğənni Rüfət Axundov mərhum dayısı, xalq artisti, aktyor Yaşar Nurinin qızı Ülkərin onun barəsində etdiyi giley-güzara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, müğənninin dayısıqızının “Rüfət məni özü ilə toya aparmır” fikrinə reaksiyası birmənalı olmayıb:

“Vaxtilə Yaşar dayım özü mənə və Nicata (Nicat Rəhimov, Yaşar Nurinin bacısıoğlu, aktyor) söyləmişdi ki, əgər istedadınız yoxdursa, nə vaxta qədər sizi tapşıra bilərəm? Bu sənət elədir ki, istedad varsa, harda sıxsan da partlayıb üzə çıxacaq. Mən kimə yol göstərə bilərəm ki? Mənim özümə yol göstərən olmayıb”.

Müğənni, aparıcı Zaurun ona ünvanladığı “dayınızla aranızda soyuqluq vardımı” sualını belə cavablandırıb:

“Soyuqluğa qalsa, ömrü boyu aramızda soyuqluq olub. Allah rəhmət eləsin, ölünün dalınca danışmazlar. Dayım işgüzar adam idi, heç başını qaşımağa vaxtı olmayıb. Böyüyümüz, ağsaqqalımız idi, həmişə də qulluğunda durmuşuq”.

Rüfət Axundov bu fikirləri Xəzər TV-nin «5/5» verilişində söyləyib.

Nehru

www.yenicag.az

5947
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv