!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Rüfət Nəzərdən HƏYƏCAN TƏBİLİ: “Mədəniyyətimizi alçaldıb yoxa çıxarırlar”

!Reklam – Yazi

“Bir gün rəssam, bir gün aktyor, bir gün müğənni… Bəs axırıncı yol nə olacaq? Öncə Bakını, sonra, yəqin, dünyanı fəth etməyə çalışan, “fitri istedadlar”, özünü sınamaq normaldır, amma alınmayanda mütləqdir ki, incəsənət sektorunda davam edəsiniz?! Bu artıq öz taleyini zorlamaq, özünü ömrünün axırına kimi axtarmaq kimi bir şeydir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor Rüfət Nəzər deyib.

O, “bu gün efirlərdə səsləndirilən mahnıların səviyyəsi sizi qane edirmi” sualını cavablandırıb. Bayağı mahnıların, ümumiyyətlə, qeyri-peşəkarların meydan sulamasından narahatlığını ifadə edən aktyor onların mədəniyyətimizə vurduğu zərbədən danışıb:

“Son vaxtlar efirdən səslənən bayağı mahnıları eşidəndə elə bir təəssürat yaranır ki, sanki bu adamlar həyatda hər şeyə nail olublar, boş-bekardırlar, bircə qalıb ki, tanınmış olmaq. Bunun üçündə nə az, nə çox, ya seriallara “aktyor”, ya da səhnəyə “müğənni” kimi üz tuturlar.

Bir var, həvəskar, bir də var, peşəkar. Peşəkar olmaq üçün bu peşənin sahibi olmalısan, sənətkarlardan dərs alıb, öyrənib savadlanmalısan. Əks halda, istər Hollivudda ol, istərsə də hər hansısa böyük səhnədə, birmənalı, sən yenə də həvəskar kimi görünəcəksən”.

“Karaokelərdə məşq edib indi özünə klip çəkənlər də görmüşük. Çox gülməlidir, bəlkə də onları tanıyıram deyə… Düşünürəm, bu tip insanlar daha faydalı şeylərlə məşğul olsalar, bəlkə də millətə, ölkəyə xeyirləri olar. Ola bilər, məni kimsə qınasın, amma insan bu dünyaya gəlir, kiçik yaşlarından fitri istedadı görünür və onu inkişaf etdirib, ustadlardan təhsil alıb yolunu davam edir.

İncəsənətə asan və yüngül gözlə baxanlar, onu deqradasiyaya aparanlar mədəniyyətimizi alçaldıb yoxa çıxarırlar. Belə bir deyim var: “Bir xalqı yox etmək üçün onun dilini və mədəniyyətini əlindən alsan, yetər”. Dilimizi qoruyub saxlaya bildik, mədəniyyətimizi niyə qorumuruq?! Xalqımızın incəsənəti həvəskar incəsənət deyil, bunu yazın bir yerə, lazım olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Cəvahir

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv