Ruhəngiz Allahverdiyevanı KÜSDÜRDÜLƏR: “Artıq-əskik danışanlar…”
Ruhəngiz Allahverdiyevanı KÜSDÜRDÜLƏR: “Artıq-əskik danışanlar…”
“Artıq-əskik danışanlar çox idi. Buna görə də efirlərə çıxmaq istəmirdim”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Tarixin bir günü” verilişində deyib.
Xeyli vaxtdır ki, efirlərə çıxmayan sənətçi incikliyini ifadə edib:
“Verilişlərə çıxandan sonra sosial şəbəkələrdə artıq-əskik sözlər yazmağa başladılar. Xəbərim olmurdu, amma mənə göndərirdilər ki, bax, gör, sənin haqqında sosial şəbəkələrdə nələr yazıblar. Mən buna görə əsəbiləşirdim. Bunu mənə göndərmək lazım deyil. Niyə göndərirsiniz? Göndərməyin, heç bilməyim. Mənə maraqlı da deyil”.
Nehru