Ruhəngizdən SƏRT İSMARIŞ: “Ayıbdır, çox biədəb görünürsən”
“Atlana-atlana oxuyurlar. Lap ağını çıxarıblar e… Bu, qadına yaraşan hərəkətdir?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Ruhəngiz Musəvi “Öz aramızda” verilişində deyib.
Sənətçi özünü səhnədə apara bilməyən qadın həmkarlarına sərt iradını bildirib:
“Səsin var, populyarlığın var. Populyarlıq da başqa şeydir. Hələ bilmək olmaz sən o vaxta qədər tarixdə qalacaqsan, ya yox. Atlana-atlanan oxuyurlar, bu, biədəb görünür. Bu, qadına yaraşan hərəkətdir? Yenə heç olmasa, gənclərə, cavan qızlara yaraşar. Amma sən anasan axı, hərəkət edəndə oğlunu, qızını düşün. Belə olmaz, lap ağını çıxarırlar”.
Nehru












