“Liatris” Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva yeni layihəsi ilə ekranlara gəlir.
Bu barədə Ruhiyyə Əliyeva qısaca da olsa, saytımıza açıqlama verib:
“Bu mənim çoxdankı ideyam idi. Neçə vaxt idi ki, bu barədə düşünürdüm.
Azərbaycanın ən sayılıb-seçilən və savadlı, bir sözlə işıqlı insanlarının görünməyən tərəfləri, daxili aləmləri, insan və cəmiyyət haqqında fikirlərini bilmək, məncə, hamı üçün maraqlı olacaq. Həqiqəti söyləmək həmişə çətindir. Bəzən həqiqəti demək bizə əngəllər yaradır. Cəsarətli insanlar isə bundan qorxmur. “Qaranlıqda həqiqət” layihəsi, məncə, çox həqiqətləri işıqlandıracaq. Bu layihə üzərində böyük bir komanda işləyir. Komandamın hər bir üzvünə və qonaqlarıma şəxsən təşəkkür edirəm.
Hər həftənin çərşənbə günləri saat 21:30-da RTV kanalında “Qaranlıqda həqiqət”i izləyə bilərsiniz. Əminəm ki, tamaşaçılar üçün çox maraqlı olacaq”.
www.yenicag.az