!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus bölməsinə şagird qəbulunun vaxtı açıqlandı

!Reklam – Yazi

“2021-2022-ci tədris ili üzrə rus bölməsinə qəbul olmaq istəyən birinci sinif şagirdlərin müsahibələrə yazılma mərhələsi aprelin 29-da başlayacaq”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, proses iyunun 8-i saat 18.00-da yekunlaşacaq: “Mayın 4-dən rus bölməsi üzrə müsahibələrə başlanılacaq və iyunun 14-dək davam edəcək”.

O həmçinin qeyd edib ki, müsahibədən kəsilən uşaqların yenidən Azərbaycandilli məktəblərə sənəd verməsi mümkündür: “Lisey və gimnaziyalara Azərbaycan və rus bölməsi üzrə qəbul müsabiqə əsasında keçiriləcək”.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq./Report/

www.yenicag.az

392
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv