!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rus iş adamlarından Rusiyaya XƏYANƏT: Haralı olduqlarını GİZLƏTMƏYƏ BAŞLADILAR

!Reklam – Yazi

Rus iş adamları doğulduğu yeri gizlətməyə başlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri məlumat yayıb. Qəzet bildirir ki, rusiyalı sahibkarlar öz tərcümeyi-hallarında Rusiya və SSRİ ilə əlaqələrə dair demək olar ki, bütün istinadları silməyə başlayıblar.

Nəşrin məlumatına görə, Yandex-in yaradıcısı Arkadi Voloj öz tərcümeyi-halı ilə internet səhifəsində Rusiya və SSRİ ilə əlaqələrə dair demək olar ki, bütün istinadları silib. O, özünü Qazaxıstanda doğulmuş israilli sahibkar kimi təqdim edib.

Bundan əvvəl, bir çox mənbələrdə tərcümeyi-halında onun Quryev (SSRİ) şəhərində anadan olmuş rus sahibkarı olduğu göstərilirdi. Sonralar bu şəhər Atırau (Qazaxıstan) kimi tanındı.

Qəzet qeyd edir ki, əvvəllər bir çox iri İT-biznesmenlər yeni vətəndaşlıq almağa, adlarını dəyişməyə və mənşəyini gizlətməyə başlayıblar. Məsələn, Sankt-Peterburqdan olan Acronis İT şirkətinin təsisçisi Sergey Belousov LinkedIn-də Serq Bell olub və özünü sinqapurlu iş adamı adlandırıb.

“Revolut”un yaradıcısı Nikolay Storonski və DST fondunun rəhbəri Yuri Milner Rusiya pasportlarından imtina ediblər.

Məsimə

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv