Rus ordusu Ukraynada daha bir ərazini nəzarətə götürdü

Rusiya ordusu Zaporojye vilayətinin Levadnoye kəndini nəzarətə götürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş, 58-ci motoatıcı briqadalarının və 110-cu yerüstü müdafiə briqadalarının DXR-də Dobrovolye və Zaporojye vilayətində Temirovkada şəxsi heyətini və texnikasını darmadağın ediblər”, – məlumatda deyilir.