Rus qırıcıları Çin səmasında

media-hightechnic-468x90

rusAli pilotajın aviasiya qrupları – “Rus Vityazları” “Aeroşou Çayna-2014” aviakosmik sərgisində iştirak etmək üçün Çinə yollanıb.
Bu barədə Rusiya HHQ-nin rəsmi nümayəndəsi İqor Klimov məlumat verib:

“Bu gün “Vityazlar” 10-cu beynəlxalq “Aeroşou Çayna-2014″ aviakosmik sərgisində iştirak etmək üçün Çin Xalq Respublikasının Çjuxay aerodromuna uğurlu uçuş həyata keçiriblər”.

HHQ nümayəndəsi qeyd edib ki, aparıcı hərbi-nəqliyyat təyyarəsi İl-76 və 5 ədəd Su-27 qırıcısı 8 min kilometrdən artıq məsafənin öhdəsindən gələrək 13 saata yaxın havada olublar. Təyyarələr Rusiyanın iki – Tolmaçevo və Belaya aerodromlarında, eləcə də, Çinin Xux-xoto aerodromunda eniş ediblər.

“Rus Vityazları” beş, dörd və üç ekipaj üzvündən ibarət tərkiblərdə nümayiş uçuşu həyata keçirəcəklər, qrupun komandiri polkovnik Andrey Alekseyev isə həmişə olduğu kimi, tək pilotaj göstərəcək”, – Klimov əlavə edib.

Xatırladaq ki, “Rus Vityazları” dünyada Su-27 nizami ağır qırıcılarda tək və qrup halında ali pilotajı yerinə yetirən yeganə pilot komandasıdır.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600