Rusiya Abxaziyada sosial ödənişləri niyə dayandırıb? - Lavrov AÇIQLADI

media-hightechnic-468x90

Rusiya iki ölkə hökumətlərinin üzərinə götürdüyü öhdəliklər arasında balansı qorumaq üçün Abxaziyada sosial ödənişləri dayandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.

“Mən bunu eskalasiya adlandırmazdım… Bu, əldə olunmuş razılaşmaların həyata keçirilməsidir”, – Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Abxaziya prezidentləri əvvəllər ölkələrin üzərinə öhdəliklər qoyan müəyyən sazişlər paketi barədə razılığa gəliblər: “Biz sadəcə olaraq bu öhdəliklər arasında balansı saxlamaqdan danışırıq və abxaz dostlarımız bunu çox yaxşı başa düşür”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600