“Rusiya atəşkəsə meylli deyil” – İtaliyanın müdafiə naziri
İtaliyanın müdafiə naziri Qvidо Krozetto bəyan edib ki, ABŞ-nin təzyiqlərinə baxmayaraq, Rusiya Ukraynada sülhə nail olmaq üçün ciddi niyyət nümayiş etdirmir.
Yenicag.az xəbər verir ki, bu barədə o, “Reuters” agentliyinə verdiyi müsahibədə danışıb.
Krozettonun sözlərinə görə, ruslar tərəfindən heç nə dəyişməyib.
“Aydındır ki, Rusiya son üç ildə olduğu kimi hücumları davam etdirmək istəyir”, – deyə italyan naziri bildirib.
Qeyd edək ki, son iki həftə ərzində Rusiya Krıvoy Roq və Sumı şəhərlərinə ölümcül zərbələr endirib. Xüsusilə İtaliya hökumətinin başçısı Corciya Meloni Rusiyanın Sumıya raket zərbəsini pisləyib. Həmin zərbə Rusiyanın 13 aprel – bazar günü səhər saatlarında endirdiyi hücum zamanı baş verib.