Rusiya Avropa Oyunlarını keçirməyə hazırdır

media-hightechnic-468x90

jukov_russia_231114Rusiya gələcəkdə Avropa Oyunlarını keçirə bilər.

Yenicag.az trend-ə istinadən verdiyi məlumata görə, bunu Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında Rusiya Baş nazirinin müavini, RF Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

O, qeyd edib: “2020-ci ilədək Rusiyada bir çox iri yarışlar keçiriləcək, lakin perspektivdə biz Avropa Oyunlarını keçirə bilərik”.

Baş nazirin müavini bildirib ki, bir sıra iri tədbirlərin keçirilməsi sayəsində Rusiyada idman infrastrukturu elə inkişaf edib ki, ölkənin bir sıra şəhərləri belə tədbirləri xüsusi hazırlıq olmadan keçirə bilərlər: “Moskva, Soçi, Sankt-Peterburq və Kazan kimi şəhərlərin idman infrastrukturu var və buna görə də həmin şəhərlərdə xüsusi zəhmət tələb olunmadan iri kompleks yarışlar keçirilə bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600