!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Azərbaycan münasibətlərində diaspor təşkilatları ilə medianın rolu müzakirə olunub - FOTOLAR/VİDEO

!Reklam – Yazi

13:20

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təşəbbüsü ilə “Rusiya Azərbaycan münasibətlərində diaspor vacib amil kimi: KİV-in rolu və müasir proseslər” adlı konfrans keçirilib.

Yenicag.az xəbər verir ki, ictimai-siyasi xadimlər, alimlər, ekspertlər, media və QHT nümayəndələrinin qatıldığı konfransda Rusiya-Azərbaycan münasibətlərinin mühüm aspektləri müzakirə edilib.

Konfransı giriş sözü ilə açan RAİ-nin mətbuat xidmətinin rəhbəri konfransın məqsədləri haqqında ətraflı məlumat verib. O, Rusiyada yenidən təşkilatlanma mərhələsində olan Azərbaycan diasporunun fəaliyyətində medianın mühüm rol oynadığını qeyd edib:

“Rusiyadakı regional diaspor təşkilatları yekdilliklə xeyriyyəçi iş adamı Füzuli Məmmədovu Rusiya Azərbaycanlıları İttifaqının sədri seçdilər.

Rusiyanın bır sıra dövlət rəsmiləri Azərbaycan haqqında artıq müsbət mesajlar səsləndirirlər. Bu, belə də olmalıdır. Ancaq əsas məsələ Rusiya vətəndaş cəmiyyətinin də Azərbaycan haqqında münasibətinin müsbətə doğru dəyişməsinə nail olmaqdır. Biz bu istiqamətdə çalışırıq. Rusiya telekanallarına çıxa bilən azərbaycanlı ekspertlərin sayı artmalıdır. Buradakı görüşlərimizdə də bunun zəruriliyini bizə açıq şəkildə bildirirlər. Bizim çox güclü insan kapitalımız və potensialımız var. Ona görə də, hesab edirəm ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. RAİ Rusiyanın 56 regionunu əhatə edir. Ümid edirik ki, yaxın zamanlarda təşkilat rəsmi qeydiyyatdan keçəcək və bunu yüksək səviyyədə qeyd edəcəyik”.

Anar Həsənovun sözlərinə görə, RAİ bəyanatlarla deyil, həyata keçirdiyi müsbət işləri ilə gündəmdə olacaq. Konfransda çıxış edən millət vəkili Aydın Hüseynov Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində diaspora təşkilatlarının mühüm rol oynadığını vurğulayıb:

“Diaspor təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən biri də mövcud olduqları ölkələrlə Azərbaycan arasında münasibətlər qurmaq, qarşılıqlı əlaqələrin genişləndirilməsinə töhfə verməkdir. Bildiyiniz kimi, ermənilərin xarici ölkələrdə güclü lobbiləri var. Onlar çalışırlar ki, yaşadıqları ölkələrin Azərbaycanla münasibətlərini korlasınlar. Diaspora təşkilatlarımız həm də erməni lobbisinə qarşı ardıcıllıqla mübarizə aparmalıdır”.

Konfransda Rusiya Azərbaycanlıları İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə fəaliyyətə başlayan Azunion.org saytı da təqdim olunub.

Səxavət Məmməd
Firuz Asanov

www.yenicag.az

1672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv