Rusiya-Azərbaycan uçuşlarında məhdudiyyətlər aradan qaldırıldı

media-hightechnic-468x90

Rusiya martın 9-dan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlar üçün koronavirusla (COVİD-19) bağlı məhdudiyyətləri aradan qaldırıb.

Yenicag.az xəbər verir ki, bu barədə qonşu ölkənin Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) məlumat yayıb.

Məlumata görə, adı çəkilən ölkələr üzrə aviareyslər “Hava daşımalarına dair hökumətlərarası saziş”lər çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, Rusiya pandemiyaya görə 2020-ci ilin mart ayından bir sıra ölkələrə uçuşları məhdudlaşdırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa