Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya Belarusu “əridir”: “İttifaq dövləti” üzrə 28 proqram “işləyəcək”

Reklam: Sinerji Pro

“İttifaq dövləti” prinsipi üzrə birləşmək qərarı verən Rusiya ilə Belarus arasında inteqrasiyaya yönəlik 28 proqram təqdim olunub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, inteqrasiya proqramları Rusiya hökuməti tərəfindən dərc edilib.

Bu çərçivədə sentyabrın 10-da Minskdə baş tutan İttifaq dövləti Nazirlər Şurasının iclasından sonra bəyanatla çıxış edən iki ölkənin baş naziri toplantının “dostluq, etimad və qarşılıqlı anlaşma” şəraitində keçdiyini bildiriblər.

İclasda Rusiya ilə Belarus arasında inteqrasiyanın möhkəmləndirilməsinə yönəlik mühüm məsələlərin həlli ilə bağlı 28 proqram təsdiqlənib.

Həmin proqramlara əsasən, tərəflər rouminq xidmətini ləğv edəcək, vahid aqrar və sənaye siyasəti yürüdəcək, istehlakçılarının hüquqlarının müdafiəsi üçün vahid qaydalar qəbul edəcək, o cümlədən, digər addımlar atacaqlar.

www.yenicag.az

103
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100