Rusiya böyük hücumla YOLLA DÜŞÜR: "Tramp və Putin gizli razılaşma edib?" - ŞƏRH

media-hightechnic-468x90

“Sanki imkan yaradırlar Rusiya Ukraynada işğalını genişləndirsin”.

Yenicag.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov, Rusiyanın Ukraynada böyük qüvvələrlə hücuma hazırlaşması və gözlənilənləri şərh edib.

media-62b6e392ad7ac62b6e392ad7ad165615297862b6e392ad7a862b6e392ad7aa

Ramaldanov bildirib ki, Rusiya Ukraynada özünü bu cür aparmaqla, beynəlxalq güclərin onun hərəkətləri qarşısında göz yummasına işarə edir:

“Rusiya işğalçı ölkədir və məqsədi Ukraynada tam nəzarət altına almaqdır. Rusiya Ukraynada tam nəzarət qurduqda, öz maraqlarını tam şəkildə təmin edə bilər. Bu, həm də ABŞ ilə danışıqların başlanması və Ukraynanın bölünməsi prosesinin şərti ola bilər. Ancaq bütün bunlar Ukraynadan asılı deyil”, – deyə ekspert vurğulayıb.

Ekspert, həmçinin Ukraynanın və Avropanın Rusiyanın irəliləməsinə mane ola bilməyəcəyini qeyd edib:

“Ukrayna, Avropa və ABŞ artıq Rusiyanın irəliləməsinin qarşısını almağın mümkün olmadığını qəbul edir. Ukrayna qoşunları artıq Rusiyanı dayandıra bilmir. Əvvəl ruslar həftə ərzində bir yaşayış məntəqəsini işğal edirdilərsə, indi bu sürət bir neçə yaşayış məntəqəsinə çatıb. Onların irəliləyiş sürəti artır, amma Ukraynanın müqaviməti getdikcə zəifləyir. Əgər böyük qüvvələr istəyirlərsə, Rusiya Ukraynanı tam işğal etməsin deyə, oturub danışıqlara başlamaq lazımdır. Bunu etmək üçün həm gücləri, həm də imkanları var. Nədənsə elə gəlir ki, Rusiya işğalını genişləndirmək üçün imkan yaradılır. Putinlə Tramp arasında nələrin danışıldığını bilmirik, amma mənə belə gəlir ki, aralarında gizli danışıqlar var. ABŞ-nın son addımları da bunu təsdiq edir.”

Hərbi ekspert qeyd edib ki, eyni zamanda, Rusiya silahlı qüvvələrinin sayını 170 min artıraraq, Xarkov, Nikolayev və Odessanı işğal etməyi planlaşdırır:

“Rusiya, silahlı qüvvələrinin sayını 170 min artırmağı qərara alıb. Bu, böyük bir qüvvə ilə qısa zamanda hədəflərinə çatmaq məqsədi daşıya bilər. Əgər bu, Rusiyanın niyyətidirsə, deməli, ABŞ ilə gizli bir razılaşma mövcuddur. Rusiya artıq Xarkov, Nikolayev və Odessanı işğal edəcəyini açıqlayıb, amma Kiyevlə bağlı da planları ola bilər.”

Ramaldanov, beynəlxalq güclərin Rusiya ilə müqavilə masasından kənarda olmasına da diqqət çəkərək:

“Dünyada Çin, ABŞ və Rusiya arasında bölgü gedir. Bu ölkələrin dünya nizamını necə qurduqlarını bilmirik. Lakin gedən proseslər, Rusiya üçün yaşıl işığın yanmağa davam etdiyini göstərir”, – deyə əlavə edib.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600