Rusiya bu ərazilərdən ÇIXACAQ: Britaniyalı analitikdən ŞOK DETALLAR
“Bir çox məqamda Ukrayna ilə bağlı olan tələblər Prezident Putinin 2024-cü ilin iyununda irəli sürdüyü tələblərlə müqayisədə kompromis hesab olunur. Lakin onun üçün bu, həm qəbuledilən kompromisdir, həm də rus xalqının gözündə müharibəni əsaslandıracaq bir razılaşma kimi görünür”.
Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.
Siyasi təhlilçi Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sülhün bağlanması üçün irəli sürdüyü şərtlərə münasibət bildirib.
Qeyd edək ki, V. Putin NATO-ya üzvlükdən imtina, Qərb qoşunlarını yerləşdirməmək və Donbası təhvil vermək kimi şərtlərin müqabilində Ukrayna ilə savaşın dayandırılacağını bəyan edib. Məlumata görə, əvəzində isə Rusiya hazırkı mövqelərdə – Zaporojye və Xersonda cəbhəni dondurmağa, habelə Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərində işğal olunmuş ərazilərin bir hissəsini qaytarmağa razıdır.
Proseslərə toxunan N. Uotson onu da vurğulayıb ki, Putin Donbasın böyük bir hissəsini əldə edəcək və özünə vacib saydığı təhlükəsizlik təminatlarını qazanacaq:
“Putin yaxşı bilir ki, sülh danışıqlarını Prezident Tramp apararsa, bu, Avropa İttifaqı və ya beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə olunacaq sülhdən daha çox onun maraqlarına uyğun olacaq. Mən hesab edirəm ki, bu, münaqişənin sonunun başlanğıcıdır. Yaxın gələcəkdə atəşkəsin əldə olunacağına və sülh yolunun qurulmasına zəmin yaradılacağına ümid etmək olar”.
Rafi Müslümov